Maraqlı

Populyar antiviruslarda kritik boşluq aşkar edilib

30 Aprel 2020 08:01
0 Şərh     Baxış: 500
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bildiyimiz kimi, antiviruslar istifadəçiləri virus və hakerlərdən müdafiə etməlidir. Ancaq "Rack911 Labs" tədqiqat qrupu iddia edir ki, hətta ən populyar antivirusların istifadəsi daha böyük təhlükə yarada bilər. Araşdırma zamanı məlum olub ki, antiviruslarda hakerlərə kompüterlərin normal işləməsinə mane olmağa imkan verən kritik boşluqlar mövcuddur.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, mütəxəssislər "Windows", "macOS" və "Linux" əməliyyat sistemləri üçün 28 populyar antivirusun təhlükəsizlik sistemində boşluq aşkar ediblər. Həmin antiviruslar arasında "Windows Defender", "Avast", "BitDefender", "AVG", "Kaspersky", "Norton", "McAfee" və sairə var. "Symlink" adlandırılmış boşluq cinayətkarlara qurbanın kompüterindəki vacib  faylları silmək imkanı verir ki, bu da əməliyyat sisteminin normal işləməsinə mane ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.