Maraqlı

“Telegram”da yeni funksiya istifadəyə veriləcək

30 Aprel 2020 21:55
0 Şərh     Baxış: 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Telegram" 2020-ci ildə messencer istifadəçilərinə qrup şəklində videozənglər funksiyasını təqdim etməyi planlaşdırır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Telegram" şirkətinin məlumatında deyilir: "Hazırkı qlobal izolyasiya rejimi video rejimində ünsiyyət üçün etibarlı vasitəyə zəruriliyi nümayiş etdirdi. 2020-ci ildə videozənglər 2013-cü ildəki yazışmalara bənzəyir. Etibarlı, rahat olan, lakin bu iki keyfiyyəti özündə birləşdirməyən mobil əlavələr mövcuddur. Biz bunu aradan qaldırmaq istəyirik və diqqəti 2020-ci ildə təhlükəsiz qrup şəklində videozənglər funksiyasını təqdim etməyə yönəldəcəyik".

Messencerdə yeni funksiyanın nə vaxt tətbiq ediləcəyi barədə məlumat verilmir.

Qeyd edək ki, "Telegram" messenceri 2013-cü ildə "VKontakte" təsisçisi Pavel Durov tərəfindən yaradılıb. "Telegram" 2018-ci ildən Rusiya məhkəməsinin qərarı ilə ölkə ərazisində bloklanıb. Buna səbəb kimi messencer rəhbərliyinin istifadəçi yazışmalarının şifrləmə açarlarını Rusiya Federal Təhlükəsizlik Xidmətinə təqdim etməkdən imtina etməsi göstərilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.