Maraqlı

Hamilələrdə və uşaqlarda dəmir çatışmazlığı nəyə səbəb olur?

2 May 2020 23:10
0 Şərh     Baxış: 1 478
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hamiləlik və erkən uşaqlıq dövründə dəmir çatışmazlığının aşkar edilməsi çox vacibdir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkliatının (ÜST) Azərbaycan nümayəndəliyinin açıqladığı məlumatda bildirilir.

Məlumatda qeyd olunub ki, iki yaşa qədər uşaqlarda dəmir çatışmazlığı beynin inkişafına əhəmiyyətli və qalıcı təsir göstərə, o cümlədən gələcəkdə öyrənmə və məktəb fəaliyyətində mənfi nəticələrə gətirib çıxara bilər.

Əgər anada hamiləliyin son üç aylıq dövründə dəmir çatışmazlığı varsa, bu, uşağın idrak inkişafına da təsir göstərə bilər.

Fərdi qaydada və əhalidə dəmir çatışmazlığını qiymətləndirmək üçün ferritin konsentrasiyalarının istifadəsinə dair ÜST-nin yeni hazırladığı təlimat tibb işçilərinə dəmir çatışmazlığını erkən aşkarlamağa və ağır nəticələrin qarşısını almağa kömək edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.