Maraqlı

İndoneziya Müdafiə Nazirliyi öz əməkdaşlarını “Zoom”dan istifadə etməməyə çağırıb

28 Aprel 2020 08:31
0 Şərh     Baxış: 1 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İndoneziya Müdafiə Nazirliyi öz əməkdaşlarını "Zoom" videokonfranslar xidmətindən istifadə etməməyə çağırıb. Bu, təhlükəsizlik məsələsi ilə izah edilir. Bu barədə idarənin sənədinə istinadən "Jakarta Post" qəzeti məlumat verib.

"Biz bütün hərbi hissə və bölmələrin rəhbərlərini videokonfranslar üçün "Zoom"un istifadəsindən imtina etməyə səsləyirik" - sənəddə deyilir. Bölmə rəhbərləri bu informasiyanı tabeliyində olanlara çatdırmalıdır.

İndoneziya Müdafiə Nazirliyi öz əməkdaşlarını "Zoom"dan istifadə etməməyə çağırıbhəmçinin İndoneziya Müdafiə Nazirliyinin rəsmisi videokonfrans keçiriləcəyi təqdirdə əməkdaşların nazirliyin məlumat mərkəzinə xəbərdarlıq etməli olduqlarını qeyd edib.

Koronavirus pandemiyası fonunda "Zoom" xidmətinin populyarlığı kəskin yüksəlib. Eyni zamanda proqramın təhlükəsizliyində problemlər aşkar edilib.

Videorabitə üçün eyni adlı xidməti təqdim edən "Zoom Video Communications" şirkəti 2011-ci ildə təsis edilib. 2020-ci ilin martında dünyada proqramın günlük auditoriyası 2019-cu ilin dekabrı ilə müqayisədə 20 dəfə artaraq 200 milyon təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.