Maraqlı

Rusiyada Teleqram messencerinin əngəllənməməsi üçün qanun layihəsi hazırlandı

25 Aprel 2020 19:10
0 Şərh     Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumiyyətlə, bu kimi xidmətləri əngəlləmək qadağan ediləcək.

Rusiyada məşhur Teleqram messencerini əngəlləməyi qadağan edən qanun layihəsi hazırlanıb. Müvafiq qanun layihəsi Dövlət Dumasının deputatları Fedot Tumusov və Dmitri İonin tərəfindən yazılıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, deputatlar qeyd edirlər ki, Teleqram dövlət qurumlarının rəsmi xidmətinə çevrilib.

"Məsələn, messencer vasitəsilə koronavirus haqqında məlumat yayılır. Bundan əlavə, dövlət hakimiyyətinin nüfuzuna xələl gətirmək üçün Teleqram-ı əngəlləmək cəhdləri olur. Lakin uğurlu alınmır",- deyə onlar bildiriblər.

Qanun layihəsi aprelin 21-də Baş nazir Mixail Misuştinə və Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Telekommunikasiya və Kütləvi İnformasiya Vasitələrinin rəhbəri Maksut Şadayevə göndərilib.

Qeyd edək ki, hazırlanan qanun layihəsi yalnız Teleqram-a aid deyil.

Qadağa fövqəladə vəziyyət dövründə rəsmi məlumat yayan bütün dövlət xidmətlərinə şamil olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.