Maraqlı

Alibaba bulud texnologiyasına 28 milyard dollar investisiya yatırmaq niyyətindədir

23 Aprel 2020 22:40
0 Şərh     Baxış: 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alibaba bulud texnologiyasına 28 milyard dollar miqdarında investisiya yatırmaq niyyətindədir.

Milli.Az ted.az-a istinadən bildirir ki, Çinin onlayn ticarət nəhəngi Alibaba, yaxın üç il ərzində bulud xidmətləri bölməsinə 28.2 milyard dollar sərmayə yatırmağı planlaşdırır.

Şirkətdən yayılan açıqlamada, vəsaitin yarımkeçiricilərin və əməliyyat sistemlərinin inkişafına, eyni zamanda data mərkəzi üçün infrastrukturun yaradılmasına ayırıldığı bildirilib.

""COVID-19" pandemiyası sektordaxili iqtisadiyyatda əlavə stress yaratdı, eyni zamanda rəqəmsal iqtisadiyyata xüsusi diqqət yetirməyimizə məcbur etdi", - deyə "Alibaba Cloud Intelligence"in  prezidenti Jeff Çan qeyd edib.

Alibaba, Çində bazar payına görə ən böyük bulud hesablayıcısıdır. O, beynəlxalq şöhrətinə baxmayaraq hələ də Amazon ilə Microsoft-u qabaqlaya bilməyib. Şirkət rəhbərliyinin fikrincə, bu mühüm yatırım həmin məsələyə müsbət təsir göstərəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.