Maraqlı

“Silicon Power” tutumu 2 TB-dək olan çox yığcam “SSD” daşıyıcı təqdim edib

21 Aprel 2020 08:11
0 Şərh     Baxış: 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Silicon Power" şirkəti öz istehsal xəttində ən nazik yığcam SSD daşıyıcını təqdim edib. "PC60" modeli, həmçinin yerə düşmələrə dayanıqlı olan möhkəm korpusa, böyük tutuma və məlumatların yüksək sürətlə ötürülməsi xüsusiyyətinə malikdir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "PC60" modelinin ölçüsü 80x80x11,2 mm təşkil edir. Yığcam ölçüsü sayəsində daşıyıcı asanlıqla cibə yerləşir. Möhkəm korpus kiçik hündürlükdən yerə düşmələrə və zərbələrə qarşı dayanıqlıdır.

Bu daşıyıcı ötürmə qabiliyyəti 10 Qbit/san təşkil edən "USB Type-C" (USB 3.2 Gen2) simmetrik konnektoru ilə təchiz edilib. "3D NAND" texnologiyası 1,92 TB-dək informasiyanı yadda saxlamağa imkan verir, məlumatı oxuma və yazma sürəti müvafiq olaraq 540 MB/s və 500 MB/s-dir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.