Maraqlı

Google Android istifadəçiləri üçün daha bir yenilik edib

16 Aprel 2020 21:20
0 Şərh     Baxış: 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Google şirkəti Android istifadəçiləri üçün YouTube-un interfeysini dəyişib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu yenilik istifadəçilərə video altındakı şərhlərə baxmağı asanlaşdıracaq.

Artıq yeni interfeys YouTube tətbiqinin 15.14.33 versiyasında mövcuddur.

Xüsusi videolar indi şərh altında yerləşdirilib. Bir çox Tvitter istifadəçisi artıq yenilənmiş interfeysi aldıqlarını bildirirlər. Lakin bu yenilik hələ ki, bütün istifadəçilərdə mövcud deyil. Çox güman ki, Google yeniləməni mərhələli şəkildə sınaqdan keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.