Google şirkəti Android istifadəçiləri üçün YouTube-un interfeysini dəyişib.
Milli.Az ted.az-a istinadən bildirir ki, bu yenilik istifadəçilərə video altındakı şərhlərə baxmağı asanlaşdıracaq.
Artıq yeni interfeys YouTube tətbiqinin 15.14.33 versiyasında mövcuddur.
Xüsusi videolar indi şərh altında yerləşdirilib. Bir çox Tvitter istifadəçisi artıq yenilənmiş interfeysi aldıqlarını bildirirlər. Lakin bu yenilik hələ ki, bütün istifadəçilərdə mövcud deyil. Çox güman ki, Google yeniləməni mərhələli şəkildə sınaqdan keçirəcək.
Milli.Az