Maraqlı

Dünyanın ən bahalı 10 maddəsi - FOTOSESSİYA

6 Dekabr 2011 15:16
0 Şərh     Baxış: 21 652
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ən bahalı maddələrin "onluğ"unda narkotikdən tutmuş, ən müxtəlif maddələrə, metallara rast gəlinir.

Ən bahalı maddələrin "TOP-10"unu təqdim edirik.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



10. Heroin - qramı 130 dollar.
Narkotik maddədir. Dünyada ildə istifadə olunan heroinin 20%-i Rusiyada istifadə edilir. Bu, təxminən 80 ton deməkdir.




9. Kokain - qramı 215 dollar.
Narkotik maddədir. Ekspertlərin hesablamalarına görə, hər il dünyada 750 ton kokain istifadə edilir.




8. LSD - qramı 3000 dollar.
Narkotik maddədir. Fiziki asılılıq yaratmır.




7. Plutonium - qramı 4000 dollar.
Ağır, kövrək radioaktiv metaldır. Nüvə silahlarının istehsalında geniş istifadə olunur.




6. Painit - qramı 9000 dollar və ya karatı 1800 dollar.
1950-ci ildə Birmada aşkar edilib. O vaxtdan dünyanın ən nadir və bahalı qiymətli daşlarından sayılır.




5. Taffeit - qramı 20000 dollar və ya karatı 4000 dollar.
Qiymətli daşdır. Almazla müqayisədə milyon dəfə daha nadirdir. Yalnız qiymətli daş kimi istifadə olunur.




4. Tritium - qramı 30000 dollar.
1 qram tritium əldə etmək üçün 30 min dollar xərclənir. Hidrogenin ağır radioaktiv izotopudur.




3. Brilyant - qramı 55000 dollar.
Rəngsiz qiymətli daşdır. Elə növləri var ki, 1 karatının qiyməti 11000 dollardan bahadır.




2. Kaliforniy 252 - qiyməti 27 milyon dollar.
Bu kimyəvi maddədən təcrübədə istifadə olunmur. Qərbdə bu maddə tarixdə 1 dəfə yaradılıb - 1950-ci ildə ixtira olunduqda.




1. Antimaddə - qramı 62,5 trilyon dollar.
O, Yerdə ən bahalı substansiya kimi tanınır. NASA-nın 2006-cı ildəki hesablamasına görə, onun 1 milliqram pozitronunun əldə edilməsi təxminən 25 milyon dollara başa gəlir.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.