“Ümmətin alimi” ləqəbli səhabə - Abdullah ibn Abbas
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Abdullah ibn Abbas Həzrət Mühəmməd Peyğəmbərin (s) əmisi oğludur. Atası Abbas ibn Əbdülmüttəlib, Peyğəmbərin (s) atası Abdullahla atabir-anaayrı qardaş idi. Əllamə Məclisi "Bihar əl-ənvar" kitabında İbn Şəhraşubun "Mənaqib" əsərinə istinadən yazır ki, Əbdülmüttəlibin 10 oğlu və 7 qızı vardı; yəni Həzrət Mühəmməd Peyğəmbərin (s) 9 əmisi və 7 bibisi vardı. Əbdülmütəlibin oğullarının adları bunlardır: Haris, Zübeyr, Həcl (digər adı Ğeydaq), Zirar (digər adı Nofəl), Müqəvvəm, Əbu Ləhəb (əsil adı Əbdül-Üzza), Abdullah (Peyğəmbərin atası), Əbu Talib (İmam Əlinin (ə) atası), Həmzə və Abbas. (Əllamə Məclisi daha sonra Peyğəmbərin (s) əmilərinin sayı barədə fərqli fikirlərin olduğunu da yazır və həmin variantları qeyd edir). Bu qardaşların hər biri Əbdülmütəlibin fərqli qadınlarla izdivacından doğulmuşdu; yalnız Abdullahla Əbu Talibin anası eyni qadın idi (Əmr qızı Fatimə). Peyğəmbərin (s) bəzi əmiləri kiçik yaşlarında ikən vəfat etmiş, bəzilərinin nəsli qalmamışdı. Peyğəmbərin (s) dörd əmisinin nəsli davam etmişdir: Əbu Talib, Həmzə, Abbas və Əbu Ləhəb.
Abbas həm də Əbdülmüttəlibin ən kiçik oğlu sayılır. Belə ki, Abbasla Həzrət Mühəmməd Peyğəmbər (s) əmi-qardaşoğlu olsalar da, aralarında cüzi yaş fərqi vardı. Abbasın o həzrətdən 3-4 yaş böyük olduğunu yazırlar. Bir gün ondan: "Sən daha böyüksən, yoxsa Allahın Rəsulu?" deyə soruşulduqda, belə cavab vermişdi: "O, məndən böyükdür, amma mən ondan əvvəl doğulmuşam". Bu cümlədən görünür ki, Abbas hörmət məqsədi ilə Peyğəmbəri (s) özündən böyük adlandırır, daha doğrusu, o həzrəti özündən kiçik saymağı ədəbsizlik kimi qəbul edirdi. Peyğəmbərin (s) əmiləri arasında ən gec vəfat edən də Abbasdır.
Abdullah ibn Abbasın anası Ümmül-fəzl künyəli Lübabə bint Haris adlı qadın olmuşdur. Lübabə böyük ərəb qəbilələrindən olan Həvazin qəbiləsinə mənsub idi. Həvazin ilə Qüreyş tayfasının soykökləri Həzrət İsmayıl Peyğəmbərin (ə) nəslindən olan Müzərdə birləşirdi. (Müzər Həzrət Mühəmməd Peyğəmbərin (s) 17-ci nəsildən ulu əcdadı sayılır).
Abdullah ibn Abbas ana tərəfdən digər vasitələrlə də Peyğəmbərə (s) və digər məşhur səhabələrə qohum olmuşdur. Belə ki, Lübabənin atabir bacısı Meymunə bint Haris sonralar Həzrət Mühəmməd Peyğəmbərin (s) izdivacına daxil olmuşdu. Onun anabir, amma ataayrı bacısı Zeynəb bint Xüzeymə də Peyğəmbərin (s) həyat yoldaşlarından biri olmaq şərəfini qazanmışdı. Beləliklə, Abbas İslam Peyğəmbərinin həm əmisinin oğlu, həm də baldızının oğlu sayılırdı.
Milli.Az islam.az-a istinadən bildirir ki, Lübabənin özündən kiçik eyniadlı daha bir bacısı vardı. Onları fərqləndirmək üçün İbn Abbasın anasına Lübabət əl-kübra (böyük Lübabə), bacısına isə Lübabət əl-suğra (kiçik Lübabə) deyirlər. Lübabət əl-suğra müsəlmanların Ühüd savaşındakı məğlubiyyətinin səbəbkarlarından biri olmuş, sonralar İslamı qəbul edib sərkərdə kimi tanınmış Xalid ibn Vəlidin anasıdır. Beləliklə, Abdullah ibn Abbasla Xalid ibn Vəlid xalaoğlu idilər.
İbn Abbasın anası Lübabənin daha iki bacısı da məşhur səhabələrin həyat yoldaşları olmuşdur. Belə ki, onun anabir bacılarından biri Əsma bint Ümeys əvvəlcə Əbubəkrə ərə getmiş, onun vəfatından sonra Cəfəri-təyyarın (İmam Əlinin (ə) qardaşının) həyat yoldaşı olmuş, onun da şəhadətindən sonra İmam Əli (ə) ilə ailə qurmuşdu. Daha bir bacısı Səlma bint Ümeys isə Ühüd şəhidi Həmzə ibn Əbdülmüttəlibin (Peyğəmbərin (s) əmisinin) arvadı idi.
Abdullah ibn Abbasın künyəsi Əbul-Abbas, məşhur ləqəbləri "hibr əl-ümmə", yəni ümmətin alimi və "bəhr"dir (dəniz; elminin dərinliyinə görə ona bu ləqəb verilmişdi). Ərəblər yəhudi alimlərinə, yəni Tövratın üzünü köçürən və şərh edən ilahiyyatçılara "hibr" (və ya "həbr") deyirdilər, bunun cəm şəkli "əhbar"dır (əvvəl yəhudi dinində olub, sonra İslamı qəbul etmiş səhabə Kəbül-əhbarı yada salaq). Yəhudi alimlərinin Tövrata qarşı diqqətcilliyi və özünü elmə həsr etmələri bu adın müsəlmanlar arasında mənfi yox, məhz müsbət mənada işlənməsinə səbəb olmuşdu. Bunu da nəzərdən qaçırmayaq ki, dini kitablarda ad çəkilmədən yalnız "İbn Abbas" yazıldığı zaman məhz Abdullah ibn Abbas nəzərdə tutulur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Yenilənib/Video)
-
Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdır
-
Tanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu var
-
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
XƏBƏR LENTİ
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
-
Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Yenilənib/Video)
-
Prezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdı
-
Prezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir
-
Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
-
Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib





