Maraqlı

Analitiklər pandemiyanın İT bazarına təsirini qiymətləndiriblər

7 Aprel 2020 08:51
0 Şərh     Baxış: 742
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"IDC" analitik şirkətinin proqnozuna görə, 2020-ci ildə qlobal informasiya texnologiyaları bazarının həcmi valyuta kursunun dəyişilməsi nəzərə alınmadan 2,7% azalacaq. "COVID-19" pandemiyası qlobal iqtisadiyyata təsir edir və bir çox şirkətləri qısamüddətli perspektivdə öz xərclərini azaltmağa məcbur edir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "IDC" analitik şirkəti hələ yanvarda 2020-ci ilin nəticəsinə görə İT sahəsində qlobal xərclərin 5,1% artımını proqnozlaşdırmışdı. Fevralda proqnoza düzəliş edilərək 4,3%-lik artım gözlənilirdi. Ancaq artıq martda artım proqnozu xərclərin azalması proqnozuna dəyişdirilib.

Bu il fərdi kompüter, planşet, smartfon və periferiya qurğuları üzrə xərclərin xeyli azalması gözlənilir. Cihazlara ümumi xərclərin həcmi 8,8% azalacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.