Maraqlı

Videokonfrans xidmətinin istifadəçiləri rekord həddə artdı

7 Aprel 2020 20:40
0 Şərh     Baxış: 987
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Videokonfrans xidməti olan Zoom nümayəndələri "COVID-19" pandemiyasına görə istifadəçilərinin rekord sayda artığını açıqladı.

Milli.Az ted.az-a istinadən bildirir ki, koronavirusa görə bir çox ölkədə həm dövlət, həm də özəl qurum nümayəndələri məsafədən iş rejiminə başlayıblar.

Zoom nümayəndələri bu ilin mart ayında istifadəçilərinin 200 milyona çatdığını bildirib: "Ötən ilin dekabr ayında bu rəqəm 10 milyona çatırdı. Komanda olaraq, istifadəçi çoxluğunu nəzərə alıb fasiləsiz xidmət göstərməyə çalışacağıq".

Qeyd edək ki, Zoom xidməti uzun zamandır ki, fəaliyyət göstərir. Bu yaxınlarda sözügedən xidmətdə bir neçə boşluq da aşkarlanıb. Əsas boşluq isə istifadəçinin elektron poçt ünvanının və profil şəklinin başqası üçün əlçatan olması idi. Digər tərəfdən isə bu boşluq Zoom istifadəçilərinin şəxsi hesabından tanımadığı şəxslərə zəng getməsinə səbəb olurdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.