Maraqlı

Çin koronavirusa qarşı vaksini insanlar üzərində tətbiq edib

5 Aprel 2020 22:40
2 Şərh     Baxış: 2 844
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin yanvar ayında Çində koronavirusa qarşı vaksin hazırlanıb və o, heyvanlar üzərində sınaqdan keçirilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, tədqiqatlar zamanı Ebola virusuna qarşı peyvəndin yaradılması təcrübəsi nəzərə alınıb. Martın ikinci yarısında isə bu vaksin insanlar üzərində sınaqdan keçirilməyə başlanılıb.

Peyvənd zamanı layihə iştirakçıları virusa yoluxublar. Onlara anticisimlər tətbiq edildikdən sonra həmin insanlarda virusa qarşı immunitetin yaranıb-yaranmadığını müəyyən etmək üçün nəzarət tətbiq edilib.

Sınaqlar zamanı hər biri 18-60 yaş arası 36 nəfərdən ibarət üç qrup yaradılaraq iki həftəlik karantinə alınıb.

Həkimlər yarım il ərzində insanların orqanizminin bu maddəyə necə reaksiya verdiyini izləməyi planlaşdırırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.