Maraqlı

Özünütəcrid və karantin koronavirusdan xilas yolu deyil - Virusoloq

31 Mart 2020 22:25
7 Şərh     Baxış: 4 093
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Koronavirusa yoluxanların sayı getdikcə artacaq, karantin və insanların özünütəcridi pandemiyalarda 100%-lik zəmanət deyil".

Bu sözləri virusoloq, professor Anatoliy Altşteyn deyib:

"Mən hesab edirəm ki, bu tədbirlər olmalıdır, amma virusa yoluxanların sayının artması təbii prosesdir və bu baş verəcək. Tarix göstərir ki, virus hətta ciddi karantin tədbirlərində də 100%-lik təminat vermir. Hokumətlərin birinci vəzifəsi xəstəxana və tibbi heyəti hazır vəziyyətə gətirib, süni ventilyasiya aparatları, mühafizə kostyumları almaqdır. Eləcə də, farmakologiyanı nəzarətə götürüb, yeni dərmanların hazırlanmasına dəstək verməkdir".
Qeyd edək ki, hazırda Moskva və Rusiya əyalətlərində ciddi özünütəcrid tədbirləri görülür. Rusiyada sutkada yoluxma faktı 100 nəfəri keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.