Maraqlı

“Microsoft” korporasiyası “Build” konfransını onlayn formatda təşkil edəcək

2 Aprel 2020 19:40
0 Şərh     Baxış: 819
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Microsoft" korporasiyası koronavirus pandemiyası səbəbindən mayın 19-21-də Sietldə keçirilməsi planlaşdırılan "Build" konfransının ləğv edilməsini rəsmən elan edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şirkətin nümayəndələri tədbirin onlayn formatda keçiriləcəyini bildiriblər.
2019-cu ildə "Microsoft" şirkəti "Windows 10" və "Minecraft AR" üçün "Linux" nüvəsini nümayiş etdirib. Bu il şirkətin "Windows 10x" əməliyyat sistemi və ikiekranlı qurğular haqqında məlumat verəcəyi gözlənilir.

Daha əvvəl "Facebook" və "Google" kimi digər nəhəng texnologiya şirkətləri koronavirusa görə öz tədbirlərini ləğv etməli olublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.