Maraqlı

NASA X-57 Maxwell ilk elektrikli təyyarənin şəkillərini nəşr etdi

2 Aprel 2020 19:20
0 Şərh     Baxış: 1 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NASA heç bir tullantı qazı olmayan və daha az səs yaradan, ənənəvi təyyarələrdən 500% daha məhsuldar olacaq olan tamamilə elektrikli X-57 Maxwell təyyarəsinin ilk şəkillərini paylaşdı. Tanıdılan təyyarə, NASA tərəfindən 20 il ərzində hazırlanan ilk insanlı X təyyarəsi olacaq və gələcəkdə bütün elektrikli təyyarələr üçün standartların inkişaf etdirilməsinə kömək edəcək.

X-57 Maxwell modeli standart mühərriklər əvəzinə 12 ədəd elektrik mühərriklə 4 nəfərlik yüngül təyyarə olaraq uçuş həyatına başladı. NASA, təyyarənin uçuşdakı sürtünməni azaldaraq məhsuldarlığı artıracaq qanadlara sahib olduğunu və enerji yığa bilən litium ion batareyalarla işlədiyini açıqladı.

Təyyarə, uzun illər boyu NASA-nın mühəndislər, araşdırmaçılar, pilotlar, dizaynerlər və digər bir çox mütəxəssis tərəfindən müştərək yaradıldı. NASA, təyyarə tamamlandığında seyr sürəti baxımından ənənəvi təyyarələrə görə 500% daha məhsuldar ola biləcəyini bildirdi.

Təcrübi təyyarənin, uçuş əsnasında enerjidən ən məhsuldar formada faydalanmaq üçün istifadə edilən yüksək en boy nisbətli qanadlara sahib olduğunu da əlavə edək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.