Maraqlı

“Apple” prosessorlu ilk noutbuklar 2021-ci ildə buraxılacaq

2 Aprel 2020 08:31
0 Şərh     Baxış: 660
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Apple" şirkəti 2021-ci ildə noutbuk və masaüstü kompüterləri öz istehsalı olan "ARM" arxitekturalı prosessorlarla təchiz etməyə başlayacaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "TF International Securities" şirkətinin nüfuzlu analitiki Min Çi Kuonun fikrincə, "ARM" çipləri "MacBook" qurğularının rəqabət üstünlüyünü xeyli artıracaq, eləcə də "Apple" şirkətinə prosessor xərclərini 40-60 faiz azaltmağa imkan verəcək.

Bununla yanaşı, analitikin proqnozuna görə, 2022-ci il "MacBook" noutbuklarında "USB4" protokolu dəstəyi tətbiq ediləcək. Gələcək modellər üçün "USB" kontrollerlərin eksklüziv tədarükçüsü qismində Tayvanın "ASMedia Technology" şirkəti çıxış edəcək.

Bildirilir ki, "Intel Thunderbolt 3" protokoluna əsaslanan "USB4" protokolu "USB 3.0" (5 Qbit/saniyəyə qarşı 40 Qbit/saniyə) ilə müqayisədə 8 dəfə və müasir "USB 3.2 Gen 2x2" spesifikasiyasından 2 dəfə daha çox buraxılış qabiliyyətini təmin edəcək. Bundan başqa, "USB4" bir kabel vasitəsilə "MacBook" qurğularına 2 ədəd "4K" və ya 1 ədəd "5K" monitor qoşmağa imkan verəcək.

"Apple" şirkətinin "Intel" həllərindən imtina edərək "ARM" arxitekturalı öz çiplərinə keçəcəyi ilə bağlı şayiələr bir neçə ildir yayılıb. "Mac" kompüterlərinin spesifikasiyası nəzərə alınmaqla hazırlanan ilkin versiya şirkətə aparat təminatının yenilənməsi və daha dəqiq sazlanması baxımından daha çevik olmağa imkan verəcək.

Bir müddət əvvəl Min Çi Kuo bildirib ki, "ARM" çipləri ilk dəfə bu il buraxılacaq yeni "iPhone" modellərinə quraşdırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.