Maraqlı

Koronavirusun daha bir yeni əlaməti açıqlandı

31 Mart 2020 12:08
0 Şərh     Baxış: 3 461
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı həkimlər bəzi pasientlərdə aşkarlanan konyunktivitin koronavirus əlaməti ola biləcəyi barədə xəbərdarlıq yayıblar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Amerika Oftalmologiya Akademiyası açıqlama yayıb.

Çindən gələn məlumatlara görə, koronavirusa yoluxan hər 30 xəstədən birinə konyunktivit diaqnozu qoyulub.

Amerikalı həkimlər tərəfindən aparılan başqa bir araşdırmaya görə isə, Çində koronavirus xəstəsi 1099 nəfərdən 19-da konyunktivit aşkarlanıb.

Məlumatların ölkə üzrə 30 xəstəxanadan toplandığı qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.