Maraqlı

Messenger-ə koronavirusla bağlı bölmə əlavə edildi

31 Mart 2020 08:31
0 Şərh     Baxış: 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Feysbuk mesajlaşma tətbiqi olan Messenger-ə koronavirusla bağlı bölmə əlavə edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət rəsmilərinin verdiyi açıqlamaya görə, Messenger artıq COVID-19 mərkəzinə sahibdir.

İstifadəçilər tətbiqdəki sözügedən bölməyə keçid edərək Ümumdünya Səhiyyə Təşkilatının son açıqlamaları ilə tanış ola biləcəklər.

Bundan başqa, bölmədə alim, siyasətçi, jurnalist, eləcə də müxtəlif önəmli şəxslərin şərhləri də yer alacaq.

Qeyd edək ki, şirkət yalnız Messenger üçün deyil, platformanın özü üçün də koronavirusa qarşı bəzi addımlar atıb. İstifadəçilərin xəbər şəridinə koronavirusla bağlı məlumat ehtiva edən paylaşımlar əlavə olunub. Bundan başqa, qurum rəsmiləri əl dezinfeksiyası, tibbi maska və COVID-19 testləri ilə bağlı bütün reklamlara qadağa qoyub. Şirkət mühəndisləri platformada saxta xəbərlərin yayılmasının qarşısını almaq üçün də iş aparırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.