Kalsium, maqnezium, sink - Orqanizm üçün faydaları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kalsium, maqnezium və sink orqanizmdəki bir çox proses üçün vacib olan 3 mineraldır.
Son zamanlar kalsium-maqnezium-sink qarışığı olan mineral əlavələr sümüklərini bərkitmək istəyən, ümumilikdə isə sağlamlığına önəm verən insanlar tərəfindən daha çox istifadə olunur.
Kalsium, maqnezium və sinkin faydaları
Kalsium sümüklərdəki mineral ehtiyatlarının 99%-dən çoxunu təşkil edən əsas elementdir. Davamlı olaraq sümük toxumalarını bərpa edir. Buna görə də yetərli kalsium qəbuluna hər gün diqqət etməliyik.
Sink də sümük bərpasına kömək edir və sümüyün məhv olmasına təsir edən hüceyrələrin meydana gəlməsinin qarşısını alır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, nəhayət, maqnezium D vitamininin aktiv formaya çevrilməsində əsas rol oynayır. Bu da orqanizmdə kalsiumun yaranmasına kömək edir.
Maqnezium və sink beyindaxili proseslər üçün əsas elementlərdir
14.800-dən çox insan arasında aparılan araşdırma zamanı müəyyən olunub ki, maqnezium qəbul etmək depressiyaya meylli insanlarda narahatlıq hissini azalda bilir. Bu insanların maqnezium qəbul etməyənlərlə müqayisədə depressiyaya məruz qalma ehtimalı 26% daha azdır.
Maqnezium və sink immun sistemini gücləndirir və iltihabı prosesləri azaldır. İltihab normal orqanizmdə immun sisteminə lazımlı "cavab" olsa da, xroniki hal alması sağlamlığa zərər verir, xərçəng və ürək xəstəlikləri başda olmaqla, bir sıra xəstəliklərin inkişafına təkan verir.
Maqnezium qəbulu, C-reaktiv protein (CRP) və interleukin 6 (IL-6) kimi xroniki iltihabın dərəcəsini azaldır.
Sink bir çox immun hüceyrənin inkişafı və fəaliyyətində mühüm rol oynayır. Bu mineralın qəbul edilməsi infeksiyalarla mübarizəyə və yaraların sağalmasına kömək edir.
Maqnezium və sink qan şəkərini tənzimləyir
1360-dan çox diabetli insanın iştirak etdiyi tədqiqatın təhlilləri göstərir ki, sink əlavəsi HbA1c səviyyəsini metforminlə eyni dərəcədə azaldır. Bundan əlavə, maqnezium diabetli insanlarda qan şəkərini normaya salmağa kömək edir, bədənin insulin dirəncini artırır.
Maqnezium və sink yuxu keyfiyyətini yaxşılaşdırır
Tədqiqatlar göstərir ki, maqnezium sinir sistemini stimullaşdırır, bu da insanın özünü sakit və rahat hiss etməsinə kömək edir.
Bundan əlavə, insan və heyvanlar üzərində aparılan tədqiqatlar sink əlavələrinin də yuxu keyfiyyətini yaxşılaşdırdığını sübut edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Röya "YouTube"dan silinən mahnısından DANIŞDI
-
Xalq artistinə bəxşiş verməyi reklam edən şəxs QINANDI - VİDEO
-
Putin müəllimini şam yeməyinə apardı - VİDEO
-
Xalq artisti dekoletli geyimi ilə diqqət çəkdi - VİDEO
-
Konsertdə evlilik təklifi edən gənc BİABIR OLDU - VİDEO
-
Mbappe: "Məni 4-cü hücumçu kimi GÖRÜR"
XƏBƏR LENTİ
-
Qurban bayramı namazının vaxtı açıqlandı
-
“Hətta indi kişi olmaya bilərdim”
-
Neymar görün haranın vətəndaşlığını aldı
-
Fatma Mahmudovanın qızı nişanlandı
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar
-
Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək - XƏBƏRDARLIQ
-
Röya "YouTube"dan silinən mahnısından DANIŞDI
-
Bu yol ÇÖKDÜ - Sürücülərin DİQQƏTİNƏ
-
Vətəndaş 20 manat yükləsə də, balansda 18 manat görünüb - Səbəbi bu İMİŞ
-
Xalq artistinə bəxşiş verməyi reklam edən şəxs QINANDI - VİDEO
-
Bu peşələrə tələbat ARTACAQ - Bacaranlar SEVİNSİN
-
Makron və həyat yoldaşı ilə bağlı diqqətçəkən iddia
-
Evi, obyekti olanların NƏZƏRİNƏ: Bunu etməyənlər cərimələnəcək
-
Putin müəllimini şam yeməyinə apardı - VİDEO
-
ADY WUF13 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilə bağlı paylaşım edilib - FOTO
-
Sakinlərlə tikinti şirkəti arasında növbəti narazılıq - “Bizə əvvəlcədən məlumat verilmədi”
-
19 aprel keçirilən imtahanların nəticələri elan EDİLDİ
-
DYP sürücülərə xəbərdarlıq ETDİ
-
Hava kəskin DƏYİŞİR - Yağış qara keçəcək - XƏBƏRDARLIQ
-
Xalq artisti dekoletli geyimi ilə diqqət çəkdi - VİDEO
-
İran: “Geri addım atmayacağıq”





