Maraqlı

ABŞ-dan Rusiya üçün hərbi “tələ”

21 Mart 2020 11:50
1 Şərh     Baxış: 1 555
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin Aviasiya Komandanlığı "tələ" raketlərini istehsal edəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, sözügedən silah növü "Miniature Air Launched Decoy - Navy" (MALD-N) adlandırılacaq.

MALD-N raket sistemi hazırda ABŞ-ın Hərbi Hava Qüvvələrinin istifadəsində olan ADM-160C MALD-J bazasında qurulur.

Raketin mərmisi rəqib üçün yanlış hədəf yaradaraq, onu səhvə yol verməyə vadar edəcək. Mərmi qırıcı radarlarındakı radiolakasiyalarında yerləşən  məlumatları ələ keçirərək qarşı tərəfin sisteminə zərər verəcək.

Mərminin maksimal uçuş məsafəsi 900 km, maksimal uçuş hüdürlüyü isə 12 km-dır.

Qeyd edək ki, silahın qiyməti və tətbiq sahələri hələ ki, açıqlanmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.