Maraqlı

Koronavirusa yoluxma riskini belə azaldın

21 Mart 2020 09:40
0 Şərh     Baxış: 2 215
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi korononavirus riskinin azaldırlması ilə bağlı tövsiyə xarakterli infoqrafiya hazlrlayıb. İnfoqrafiyada bildirilir ki, koronaviruslar (COVID-19) zoonoz hesab edilir, yəni patogen olaraq heyvandan insana ötürülür.

İnsanlar bu virusa hava-damcı yolu və ərzaq məhsulları, əl-ayağımızın toxunması ilə yoluxa bilərlər. İnfeksiyanın ümumi əlamətlərinə yüksək hərarət, öskürək, təngnəfəslik və tənəffüs pozulması daxildir.
Daha ağır hallarda infeksiya pnevmoniya, ağır kəskin respirator sindrom, böyrək çatışmazlığı və hətta xəstənin ölümünə səbəb ola bilər.

Koronavirusa yoluxma riskinizi azaldın:

Əllərinizi sabun və su ilə yuyun, yaxud spirt tərkibli dezinfeksiyaedici ilə təmizləyin.
Öskürərkən, asqırarkən ağız və burnunuzu dəsmal və ya dirsək bükümünüzlə bağlayın.
Soyuqdəymə və ya qripə bənzər simptomlar müşahidə edilən şəxslərlə yaxın təmasdan çəkinin.
Ət məhsullarını və ymurtanı tam bişirin.
Canlı vəhşi və ya ferma heyvanları ilə təmasda olmayın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.