Maraqlı

Düyməsiz smartfonların yaradılması üçün texnologiya təqdim edilib

14 Mart 2020 07:21
0 Şərh     Baxış: 967
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sentons" sensor istehsalçısı "Foxconn" texnoloji nəhənginin dəstəyi ilə qurğuların səs, enerji və digər funksiyalarının klassik idarəetmə elementlərini tam aradan qaldırmağa imkan verən "SDS ButtonBar" texnologiyasını nümayiş etdirib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, virtual düyməli sensor paneli smartfonun istənilən səthinə inteqrasiya etmək mümkündür. O, basılma və jestlər vasitəsilə bütün funksiyaların yerinə yetirilməsi üçün proqramlaşdırılan 20 ultrasəsli sensora malik 1,9 düym uzunluğunda elementdir.

Bildirilir ki, virtual düymələrin əsas üstünlüklərindən biri kimi istismar zamanı komplekt hissələrin sıradan çıxarılması riskinin azaldılması göstərilir. Bundan başqa, korpusu kəsiksiz smartfonlar su və tozdan daha yaxşı qorunacaq. "SDS ButtonBar" proqram təminatı da təsadüfi basılmalar zamanı işədüşmələrdən mühafizəni nəzərdə tutur, texnologiyanın dünyanın məşhur ehtiyat hissələri istehsalçısı "Foxconn" tərəfindən dəstəklənməsi isə onun elektronika istehsalçıları arasında uğurlu inkişafını təmin edəcək.

Qeyd edək ki, oxşar texnologiyaların sınağı çoxdan keçirilsə də, indiyədək geniş yayılmayıb. Texnologiyanın əsas çatışmazlığı kimi mütəxəssislər tərəfindən proqram təminatında nasazlıqlar yaranan zamanı enerji düyməsini uzun müddət basaraq məcburi yenidən başlatmağın mümkün olmaması qeyd olunur. Ənənəvi smartfonlarda bu funksiya adətən avtomatik quraşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.