Maraqlı

Rusiyaya qarşı kibertəhlükə mövcuddur – AÇIQLAMA

8 Mart 2020 21:05
0 Şərh     Baxış: 593
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Federasiyasına qarşı xarici ölkələr tərəfindən kiberhücum təhlükəsi mövcuddur.

Milli.Az ted.az-a istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Rusiya mütəmadi olaraq, informasiya hücumlarına məruz qalır, bu isə fövqəladə hadisələr zamanı vəziyyəti daha da çətinləşdirir: "Demək olar ki, ölkədə baş verən hər bir  fövqəladə vəziyyət zamanı, bu kimi hücum və ya hücumlarla qarşılaşırıq".

D.Peskov qeyd edib ki, sözügedən kiberhücumlar xarici ölkələr tərəfindən aparılır.

Qeyd edək ki, mart ayının 2-də Moskvada koronavirusun yayılması haqqında xəbər verilmişdi. Ölkə rəsmiləri xəbəri təkzib edərək, məlumatın hakerlər tərəfindən yayıldığını bildirdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.