Google-ın keçmiş mühəndisi Anthony Levandovski işlədiyi müddətdə şirkətin robototexnologiyalar üzrə aparılan araşdırmalarının ticari sirlərini Uber şirkətinə satmaqda təqsirləndirilib.
Milli.Az ted.az-a istinadən bildirir ki, uzun müddətdir davam edən məhkəmə prosesi artıq yekunlaşıb. Məhkəmə Google şirkətinin xeyrinə qərar qəbul edib. Məğlub tərəf Levandovski isə şirkətə 179 milyon dollar təzminat ödəməlidir. Levandovski qərardan sonra mediaya açıqlamasında müflis olduğunu bildirib.
Xatırladaq ki, polis nəzarətinə alınan Levandovski bir müddət əvvəl 2 milyon dollar təzminat ödədikdən sonra məhkəməyə qədər sərbəst buraxılmışdı.
Milli.Az