Maraqlı

Windows 8 erası sona çatır

8 Mart 2020 21:25
0 Şərh     Baxış: 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2012-ci ildə təqdim edilən Windows 8 əksər istifadəçi üçün bir çox problemlərlə yadda qalan Windows 10-un ən yaxşı alternatividir. Amma bu alternativin ömrü sona çatmaq üzrədir.

Milli.Az ted.az-a istinadən bildirir ki, Microsoft nə sələfi Windows 7, nə də xələfi Windows 10 qədər səs gətirə bilən sözügedən əməliyyat sistemi Windows 8-ə göstərdiyi dəstəyi 2023-cü ilin iyununda kəsməyi planlayır.

Windows 10-u stabil əməliyyat sistemi halına gətirməyə çalışan şirkət milyonlarla istifadəçinin bu sistemdən istifadə etməsi üçün əvvəl Windows Vista, ardınca isə Windows 7-nin yenilənməsini dayandırıb. İndi isə növbə Windows 8-ə çatıb.   

Windows 8 əməliyyat sistemi işləməyə davam edəcək, amma hansısa yenilənmə almayacaq. Bu isə şəxsi məlumatların təhlükəsizliyi baxımından ciddi risk deməkdir.

Şirkətdən bu addım ilə bağlı yayımlanan açıqlamada bildirilib ki, hər Windows məhsulunun bir yaşam döngüsü var: "Bu döngü məhsulun bazara çıxarılması ilə başlayır və artıq dəstəklənməməsi ilə bitir. Bu döngüdə açar tarixləri təyin etmək və bilmək, çox önəmlidir. Çünki məhz bunlar sayəsində məhsulun yenilənəcəyi, yaxud inkişaf etdiriləcəyinə qərar veririk".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.