Maraqlı

Hindistanda kriptovalyutaya qoyulmuş qadağa ləğv edilib

10 Mart 2020 08:01
0 Şərh     Baxış: 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistan Ali Məhkəməsi Ehtiyat Bankı tərəfindən kriptovalyuta ilə ticarətə qoyulmuş qadağanı ləğv edib. Ehtiyat bankı 2018-ci ilin aprelində sözügedən qadağanı tətbiq etmişdi. Bu, istənilən maliyyə institutuna virtual valyutalarla bağlı xidmətlərin göstərilməsini qadağan edirdi.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Ali Məhkəmə ölkənin bir neçə kriptovalyuta birjası tərəfindən qaldırılmış kollektiv iddiaya cavab olaraq bu qərarı qəbul edib. İndi ÜDM üzrə dünyanın üçüncü iqtisadiyyatı kriptovalyutadan qanuni maliyyə aləti kimi istifadə edə bilər. Bu halda yerli nəşrlər yazır ki, Hindistan hökumətinin bir hissəsi indiyədək kriptovalyutaya qarşıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.