Maraqlı

Koronavirusun yayılmasına görə İtaliyadakı “Apple” mağazası bağlanacaq

10 Mart 2020 08:46
0 Şərh     Baxış: 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Apple" şirkəti Avropada koronavirusun ən sürətlə yayıldığı İtaliyada pərakəndə satış mağazalarından birinin fəaliyyətini müvəqqəti dayandıracaq. İtaliya hökumətinin "COVID-19" ilə mübarizə üçün tədbirlər görməsi ilə əlaqədar şirkət buna kömək etmək qərarına gəlib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Berqamo əyalətində yerləşən "Apple Oriocenter" mağazası İtaliya hökumətinin fərmanına uyğun olaraq martın 7-8-də bağlı olacaq. Bu barədə məlumat "Apple" şirkətinin rəsmi regional saytında yerləşdirilib.

Ötən həftə Nazirlər Şurasının rəhbəri tərəfindən verilən fərmana görə, bu istirahət günlərində bütün böyük və orta mağazalar, o cümlədən ticarət mərkəzlərindəki kiçik ticarət nöqtələri bağlanacaq. Fərman Berqamo, Kremona, Lodi və Pyaçensa əyalətlərinə şamil edilib.

Analoji fərmanla əlaqədar fevralın 29-da və martın 1-də "Apple il Leone", "Apple Fiordaliso" və "Apple Carosello" mağazalarının işi dayandırılıb.

İtaliya Mülki Müdafiə Agentliyinin məlumatına görə, son 24 saat ərzində ölkədə koronavirusdan ölənlərin sayı 27 nəfər təşkil edib, onların ümumi sayı isə 79-a çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.