Maraqlı

Koronavirus intim əlaqə ilə də keçir– Ötəri münasibətlərdən uzaq durun

5 Mart 2020 21:25
1 Şərh     Baxış: 2 485
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusun insana təkcə hava-damcı yolu ilə yox, cinsi əlaqə zamanı da ötürülə biləcəyi açıqlandı.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə virusoloq Aleksandr Çepurnov bildirib.

Mütəxəssis izah edib ki, virus intim yaxımlıq zamanı cinsi orqanların selikli qişası və öpüşlə çox asanlıqla keçə bilər.
Hətta həmin vaxt əlaqədə olduğunuz insan tam sağlam görünsə də, arxayın olmaq olmaz.

Xüsusən selikli qişalarında hər hansı zədə, yara olarsa virus orda yuva sala bilir.

"Selikli qişaların üst səthi bütün infeksion xəstəliklər üçün açıq qapıdır. Ona görə də virus təhlükəsi olan ölkələrdə ötəri intim münasibətlərdən uzaq durmaq məsləhətdir. Bu həm qadınlara, həm də kişilərə aiddir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.