Yanvarın 30-da azərbaycanlı iş adamı və səyyah Fərid Novruzi 180 gün davam edəcək və heç bir hava nəqliyyatından istifadə olunmadan həyata keçiriləcək dünya səyahətinə yollanmışdır.
Milli.Az xəbər verir ki, dünya səyahətinə çıxmış ilk azərbaycanlı olan Fərid Novruzi səyahətinə Kolumbiyadan başlamışdır. 180 günlük səyahət elə sona çatacağı Boqotadan start götürmüşdür. Səyyah artıq Kolumbiya, Ekvador və Peruya səfər etmişdir. Dünya səyahətinin rəngarəng başlanğıcı ilə növbəti keçiddə ətraflı tanış ola bilərsiniz.
(https://news.milli.az/interest/828599.html
https://news.day.az/tourism/1205168.html
https://www.trend.az/life/travel/3195353.html)
F.Novruzinin səyahəti davam edir və hazırda o, Sakit okeanda gəmi ilə səyahət etməkdədir. O, bu barədə növbəti paylaşımında belə qeyd etmişdir: "Son bir neçə gündür ki, məni Sakit okean əhatə edir, onun dalğalarının laylası ilə yuxuya gedir və dalğaların göyərtəni döyəcləməsi ilə yuxudan ayılıram. Bu nəhəng su dəryasının bir parçası olmaq eyni zamanda həm maraqlı, həm də qorxuducudur. Təsəvvür edin, laynerin getdiyi istiqamət üzrə hər hansı bir gəmiyə rast gəlmək mümkün deyil. İstəmədən belə, insanın içində müəyyən narahatlıq doğur. Okean elə böyükdür ki, rabitə şəbəkəsi onu əhatə edə bilmir və bu səbəbdən günlərlə internet bağlantısı olmur..."
Fərid Novruzi vurğulayır ki, bu miqyas insanı müvafiq dərəcədə düşünməyə vadar edir və bu hiss onun çox xoşuna gəlir.
F.Novruzinin səyahətində növbəti dayanacaq Sakit okeanın cənub-şərqində, Çilinin ərazisində yerləşən Pasxa adası olmuşdur. Adanın kəşf tarixi və onunla əlaqəli rəvayətlər haqqında daha ətraflı buradan oxuya bilərsiniz.
Vurğulamaq istərdik ki, bu F.Novruzinin sirli və bütün dünyadan turistləri özünə cəlb edən Pasxa adasına ilk deyil, ikinci səfəri idi: "Buraya üçüncü dəfə də gələcəyimə inanmıram, ancaq bizi gələcəkdə nə gözlədiyini Allahdan savayı heç kim bilmir. Hələlik isə bu yerləri tərk edir və Taitiyə yollanıram".
"Dünya səyahətim zamanı mənə rabitə və internet əlaqəsinin yaradılmasında göstərdiyi dəstək üçün "Azercell"ə dərin minnətdarlığımı bildirirəm" - deyə F.Novruzi qeyd etmiş və buradan izləyə biləcəyiniz Sakit okeanın əsrarəngiz qürub mənzərəsini "Azercell" şirkətinə həsr etmişdir.
Aşağıdakı şəkilləri paylaşaraq Fərid Novruzi nəql edir: "Məşhur "Cənab Robinzon" filmindəki məşhur "Yenə də dəniz haqqında?" ifadəsini xatırlayırsınızmı? Robinzonu bilmirəm, amma mənim həyatdakı ən böyük arzularımdan biri belə mənzərəyə malik evimin olmasıdır. Rəbbim hələlik mənə iki aylıq belə bir imkan yaratmışdır.
Taitiyə gedərkən səyyah Böyük Britaniyanın Sakit okeandakı yeganə uzaq ərazisi olan Pitkern adasından keçmişdir. Bu haqda daha ətraflı burada tanış ola bilərsiniz. Pitkern haqqında danışarkən F.Novruzi qeyd edir ki: "Adanın bir neçə sakini ilə söhbətləşmək, polis rəisi ilə şəkil çəkdirmək imkanım oldu. Onlar özlərini xoşbəxt hesab edir və həmişə burada yaşamaq istəyirlər. Necə istəyirsiniz düşünə bilərsiniz, ancaq mən bütün dünyanın unutduğu belə bir yerdə yaşaya bilməzdim. Təsəvvür edin ki, buraya ayda cəmi bir dəfə qida, paltar, dərman və s. gətirən gəmi gəlir və yalnız ayda bircə dəfə bu gəmi ilə adanı tərk edə bilərsiniz. Mən dözə bilməzdim..."
Nəhayət ki, Fərid Novruzi Fransız Polineziyasının ən böyük adası olan Taitiyə çatmışdır. Səyyah Taiti üçün iki gün vaxt ayırdığından hər dəqiqəsi qiymətli idi. İlk olaraq, F.Novruzi polineziyalının bələdçiliyi ilə adada safari turu etmişdir. "Taitidə vəhşi heyvanlar olmadığı üçün rahatlıqla meşə gəzintisinə çıxmaq olar. Burada çoxsaylı şəlalələr vardır və hara baxsanız su, dağlardan qaynayan bulaqlar görə bilərsiniz. Yerli sakinlərdən qədim zamanlardan etibarən təbiətin nemətlərindən necə istifadə etdiklərini öyrəndim. Məsələn, yarpaqlardan çətir və ya yer findığından şam düzəltmək kimi".
Azərbaycanlı səyyahın Taitidəki macəraları ilə burada tanış ola bilərsiniz.
Fərid Novruzinin səyahəti davam edir. Bu əyləncəli və maarifləndirici səyahəti onun daim rəngarəng şəkillər və təəssüratlarını bölüşdüyü "Instagram" və "Facebook" sosial şəbəkələrindəki hesablarında, eləcə də "YouTube" kanalında onlayn olaraq izləyə bilərsiniz.
https://www.youtube.com/watch?v=Lbvpjs0n_Xg&t=27s
https://www.youtube.com/watch?v=0QsjojNSLu4&feature=youtu.be
6 aylıq dünya səyahəti çərçivəsində səyyah dünyanın 6 guşəsinə - Asiya, Avropa, Afrika, Şimali və Cənubi Amerika, Avstraliya və Okeaniyaya səfər edəcəkdir.
Mövcud beynəlxalq qaydalara əsasən heç bir hava nəqliyyatından istifadə etmədən bütün meridianlardan keçməklə, minimum 40 000 km məsafənin qət olunduğu səfər dünya səyahəti hesab olunur. Şərtlərdən biri mütləq qaydada səfər müddətində dünyanın iki antonoqonist guşəsində olmaq və ekvatoru minimum iki dəfə keçmək, eləcə də hər bir qitədə təyyarədən istifadə etmədən 1000 km-ə qədər məsafənin avtobus, qatar, avtomobillə, piyada qət edilməsidir.
Bir daha xüsusi vurğulamaq istərdik ki, məhz Fərid Novruzi belə bir səyahəti həyata keçirmiş ilk azərbaycanlı olacaqdır. Əminik ki, bu ecazkar nümunədən bəhrələnən bir çox insanlar onun kimi öz arzusunun arxasıyca gedərək yeni ölkələr və onların zəngin mədəniyyəti ilə tanışlığa yollanacaqdır.
Dünya səyahətinin əsas tərəfdaşları olaraq, "MyBrands.az", "Pasha Bank", "Azercell", "Mercedes Benz", digər tərəfdaşlar qismində "Triponline" və "Az Insurance" çıxış edir. Layihə "Vizam.az" şirkətinin və Azərbaycan diasporunun dəstəyi ilə həyata keçirilir.
Məlumat dəstəyi "Day.az", "Trend.az" və "Milli.az" tərəfindən təqdim olunur.
Milli.Az