Maraqlı

“Windows 10” sistemi populyarlaşır

7 Mart 2020 08:01
0 Şərh     Baxış: 629
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qlobal kompüter əməliyyat sistemləri bazarında "Windows 10" sisteminin bazar payı "Windows 7"yə dəstəyin dayandırılması səbəbindən artmağa davam edir. Dünyada 40 mindən çox sayta daxil olan 160 milyondan çox unikal istifadəçinin fəaliyyətini öyrənən "NetMarketShare" xidmətinin məlumatları bunu sübut edir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, 2020-ci ilin yanvar ayında dünyadakı kompüterlərin 57.39%-i "Windows 10" sisteminin idarəetməsi altında işləyir. Bu müddətdə "Windows 7"nin bazar payı 25,56%-dən 25.2%-ə azalıb. Reytinqin üçüncü pilləsində qərarlaşmış "Windows 8.1" sisteminin bazar payı 3,48%-ə bərabər olub.

"Microsoft"un icraçı vitse-prezidenti və baş maliyyə direktoru Emi Hood daha əvvəl demişdi ki, "Windows 7"yə dəstəyin dayandırılması kompüterlərin yenilənməsinə və "Windows 10" əməliyyat sisteminin quraşdırılmasına səbəb olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.