Maraqlı

Koronavirus Tesla-nı da vurdu

5 Mart 2020 21:15
0 Şərh     Baxış: 1 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tesla-nın səhmləri ucuzlaşmaqda davam edir.

Milli.Az ted.az-a istinadən bildirir ki, 2018-ci ilin martında Uolter Huanq adlı Apple mühəndisi Tesla markalı avtomobil ilə qəza keçirirərək həlak olmuşdu.
Bu hadisədən sonra avtopilot funksiyası ilə bağlı bəzi suallar ortaya çıxmağa başlayıb. Həm bu hadisə həm də koronavirus epidemiyası Tesla-nın səhmlərinin ucuzlaşmasına səbəb olub.
ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının yayımladığı hesabata görə, Huanqın 113 km/s sürətlə hərəkət edən avtomobili 101 nömrəli avtobanda şəridləri səhv salaraq iki yolu ayıran maneəyə çırpılmışdı.

Bundan başqa, dünya iqtisadiyyatını xaosa sürükləyəcək potensiala sahib koronavirusun getdikcə daha böyük təhdidə çevrilməsi Tesla-ya baha başa gəlib.

Şirkətin səhmləri 2 gündə 7,3 faiz ucuzlaşaraq 799,91 dollar dəyər itirib. Bu isə fevralın 2-dən bu yana ilk dəfə səhmlərin 800 dollardan daha ucuz olmasına gətirib çıxarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.