Maraqlı

“Huawei” şirkəti “Honor 9x Pro” aparatını təqdim edib

3 Mart 2020 08:31
0 Şərh     Baxış: 1 082
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin "Huawei" şirkəti ucuz, amma məhsuldar "Honor 9x Pro" smartfonunu təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Kirin 810" prosessoru ilə təchiz edilmiş qurğu 1080 x 2340 piksel təsvir ölçülü 6,59 düym diaqonallı displeyə malikdir. Aparat "9 qat" soyutma sistemindən istifadə edir.

"Honor 9x Pro" smartfonunun ön kamerası irəli çəkilən modulda yerləşdirilib. Kamera qoruma sisteminə malikdir: datçik smartfonun yerə düşməsini qeydə alan kimi kamera korpusun içində gizlənir. Qurğunun əsas kamerası 48, 8 və 2 meqapiksellik 3 datçikdən ibarətdir. Smartfona quraşdırılmış akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir.

"Honor 9x Pro" smartfonu iki rəngdə ("Phantom Purple" və "Midnight black") təqdim edilib.

6 QB əməli və 256 QB daxili yaddaşa malik versiyanın qiyməti 249 avro təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.