Maraqlı

Mürəkkəb yaraları sağaltmaq üçün “ağıllı” sarğı hazırlanıb

20 Fevral 2020 08:11
0 Şərh     Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Konnektikut Universitetinin alimləri dərmanların birbaşa yaraya çatdırılması üçün simsiz işləyən "ağıllı" sarğı hazırlayıblar. Sarğı simsiz qoşulma üzrə idarə olunan miniatür iynələrlə təchiz edilib. Dərmanların dozasını tənzimləmək mümkündür. Bu texnologiya xroniki və pis sağalan yaraları olan minlərlə insanın həyatını asanlaşdırmağa kömək edəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, miniatür iynələr minimal invazivliyə malikdir, buna görə dərmanın tətbiqi ağrıya səbəb olmur.

Qurğu diabet xəstəliyi olan siçanlar üzərində sınaqdan keçirilib. "Ağıllı" sarğı sayəsində siçanlarda yaraların tam sağalması müşahidə edilib.

"Bu, mürəkkəb yaraların sağalması üçün "ağıllı" daşınan qurğuların hazırlanması istiqamətində vacib addımdır" - hazırlamanın müəllifi Ali Tamayol deyib. Bundan başqa, alim əlavə edib ki, sarğını tez-tez dəyişdirməyə ehtiyac yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.