Maraqlı

Qrenlandiya əriyən buzlaqların suyunu satmaq istəyir

19 Fevral 2020 07:00
0 Şərh     Baxış: 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qrenlandiya hökuməti əriyən buzlaqların suyunu kommersiya kompaniyalarına satmaq istəyir. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "De Tagesspiegel" nəşrinə Qrenlandiyanın Energetika naziri Yess Svane deyib.

Onun sözlərinə görə, hazırda doqquz layihə var, hansılar ki, su ixracını hazırlayır və müvafiq lisenziyalar alıblar. Ümumilikdə Qrenlandiya 16 belə lisenziya verib.

Svane qeyd edib ki, planetdə içməli suyun çatışmazlığı artacaq, ona görə də hökumət buzlaq suyunu məhsula çevirmək istəyir. Bunun sayəsində Qrenlandiyanı bütün dünyada tanıyacaqlar. Nazir bildirib ki, əgər əriyən buzlaqların suyu ixrac olunmasa, o, yararsız hala gələcək.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.