Maraqlı

"Həyatda etmədiyim tək şey qalıb, o da sən..." - Aktyordan jurnalistə biabırçı cavab - VİDEO

15 Fevral 2020 11:39
0 Şərh     Baxış: 2 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur aktyor Cim Kerri jurnalistə dediyi sözlərə görə sərt şəkildə qınanılıb.

Milli.Az Insider-ə istinadla bildirir ki, Cim Kerri yeni animasiya filmi "Sonic the Hedgehog"la bağlı Britaniya jurnallarından birinə açıqlama verib.

Aktyor müxbir Charlotte Long-un "filmdə Sonik həyatda edəcəyi şeylərin siyahısını hazırlayır. Bəs sizin özünüzün belə bir siyahısı var? Bu həyatda etmədiyiniz nə qalıb?" sualına "Sadəcə sən. Qalan hər bir şeyi etmişəm", - deyə cavab verib.

Özünü itirən jurnalist gülərək mövzunu dəyişməyə çalışıb.

Aktyor bu cavabına görə sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib və sərt şəkildə qınanılıb.

Milli.Az sözügedən görüntüləri təqdim edir:

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.