Parkcinema-da "Centlmenlər" filminin premyeası baş tutub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün Park Bulvar ticarət mərkəzində yerləşən "Parkcinema" kinoteatrında "Centlmenlər" filminin premyerası baş tutub.
Milli.Az bildirir ki, film təqdim olunmazdan əvvəl tədbirə dəvət olunan şəxslərə viski, kokteyllər, burqer və energetik içkilər təklif edilib. Qonaqlar Dj-in səsləndirdiyi mahnı sədaları altında rəqs etdikdən sonra filmin posteri ilə şəkil çəkdiriblər. Təxminən 1 saat davam edən partidən sonra filmin nümayişi baş tutub. Qonaqlar arasında tanınmış model və bloqerlər də olub.
Qay Ritçinin rejissorluğu ilə çəkilən film 2019-cu ilin istehsalıdır. İlk dəfə 2020-ci ilin yanvarında nümayiş etdirilən film macəra-komediya janrındadır.
113 dəqiqə davam edən film ilk dəfə Birləşmiş Krallıqda, sonra isə ABŞ-da təqdim olunub. Filmin çəkilişi üçün 22 milyon dollar xərclənib.
Təqdim edildiyi gündən bu vaxta qədər bilet satışından 61 milyon dollar gəlir əldə olunub. Ekran işində Matthew McConaughey, Charlie Hunnam, Henry Golding, Michelle Dockery, Jeremy Strong, Eddie Marsan, Colin Farrell və Hugh Grant kimi tanınmış aktyorlar rol ifa edib.
Filmin IMDb xalı 8.1-dir. Kinonu "Google" istifadəçilərinin 88 faizi bəyənib. Ekran işini dəyərləndirən şəxslər filmlə bağlı hər hansı neqativ fikir bildirməyiblər.
Qeyd edək ki, filmə bugündən etibarən "Parkcinema" kinoteatrının bütün filiallarında baxmaq mümkündür.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp





