Maraqlı

İNANILMAZ HADİSƏ - Üzən MƏLƏK tapıldı - VİDEO - FOTO

10 Fevral 2020 23:36
40 Şərh     Baxış: 4 403
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya buzlaqlarının altında üzən inanılmaz və rəngarəng bir molyuskanın videosu sosial şəbəkələrdə yayılıb.

Milli.Az xəbər verir ki, bütün dünyada internet istifadəçiləri Ağ dənizin buzları altında çəkilən kadrlara heyranlığını ifadə edib. Bu canlı məxluq dəniz mələyi adlanır, şimal dənizlərinin sularında yaşayır və uzunluğu cəmi iki ilə dörd santimetrə çatır. Maraqlıdır ki, bu "mələk"lər dəniz şeytanı molyusklarını yeyirlər.

Və bu heyvanlar neyrofizioloqlar tərəfindən fəal şəkildə öyrənilir, çünki böyük, fərqlənə bilən neyronları var, bu da onların əlaqə mexanizmlərini öyrənməyə imkan verir.

Bununla birlikdə sosial şəbəkələrin istifadəçiləri ilk növbədə bu məxluqun görünüşünü yüksək qiymətləndirib. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.