Maraqlı

Apple 2019-cu ildə bütün İsveçrə saat sənayesindən 10 milyon ədəd daha çox saat satıb

11 Fevral 2020 22:20
0 Şərh     Baxış: 745
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Strategy Analytics" şirkətinin açıqlamasına görə Apple 2019-cu ildi 31 milyon ədəd ağıllı saat satışı edib və bu da İsveçrə saat sənayesindən 10 milyon ədəd daha çoxdur. Beləki 2019-cu ildə İsveçrə saat sənayəsi bütövlükdə 21 milyon ədəd saat ixrac edib.

Apple'ın ən son saat modeli Apple Watch Series 5-dir və ötən ilin oktyabr ayında təqdim olunub. Saatın ötən ilki modellərdən əsas üstünlüyü daha güclü prosessor və "Always-on Display"dir. Modelin ilkin qiyməti $399 təşkil edir.

Məlumat üçün qeyd edək ki, 2018-ci ildə İsveçrə saat sənayəsinin ixricatı 24 milyon ədəd, Apple modellərinin isə 22,5 milyon ədəd təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.