LinkedIn platformasının baş direktoru 11 il idi ki, bu vəzifəni icra edirdi.
Milli.Az ted.az-a istinadən bildirir ki, LinkedIn platformasının baş direktoru Cef Veyner istefa verib.
Şirkət nümayəndələrinin sözlərinə görə, onu şirkətin böyük vitse-prezidenti Rayan Roslansky əvəz edəcək. Roslanski Veynerin işə götürdüyü ilk işçi olub.
Qeyd edək ki, LinkedIn işçilər və iş axtaranlar üçün nəzərdə tutulan sosial şəbəkədir. İşəgötürənlər yeni işçiləri tapmaq üçün həmin platformadan istifadə edirlər. İşsizlər və yeni iş axtaranlar isə şəbəkə vasitəsilə CV-lərini paylaşa, karyera məsləhətləri, həmçinin bu mövzu ilə əlaqədar son xəbərləri öyrənə bilərlər.
Milli.Az