Maraqlı

Məşhur azərbaycanlı model İstanbul küçələrində tanınmaz halda - FOTO

6 Fevral 2020 12:12
2 Şərh     Baxış: 3 454
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə yaşayan və orada model fəaliyyətini uğurla davam etdirən Günay Musayeva ötən gün İstanbulun Nişantaşı səmtində yolla gedərkən paparazzilərin kamerasına yaxalanıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bütün dünyanı cənginə alan təhlükəli koronavirusdan qorunmaq üçün Günay üzünə "respirator" taxıb. Gözündə eynək, üzündə isə maska olan Musayevanı bu səbəbdən tanımaq çətin olub.  
Model koronavirus xəstəliyi ilə bağlı bunları bildirib:

"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da virusla bağlı tez-tez açıqlamalar edərək, onun nə qədər təhlükəli olduğunu diqqətimizə çatdırır. Mən də qorunmaq üçün evdən çıxarkən maska taxıram. Oğlum Cahangirlə bir müddət əvvəl keçirdiyimiz ağır qripdən hələ təzə sağalmışıq. Məncə, ölkə olaraq bu virusu diqqətə almalıyıq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.