Maraqlı

Norveç dünyanın ikinci ən bahalı ölkəsidir

7 Fevral 2020 07:00
0 Şərh     Baxış: 1 157
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Norveç dünyanın ikinci ən bahalı ölkəsidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu "CEO World" işgüzar jurnalının tərtib etdiyi yeni statistik məlumatlar təsdiq edir. Burada bir sıra tədqiqatların və kütləvi informasiya vasitələrinin məlumatları əsasında 132 ölkədə həyatın səviyyəsi ölçülüb.

Təhlildə hər bir ölkə barəsində beş göstərici - həyatın qiyməti, kirayə haqqı, məhsulların qiyməti, evdən kənarda qidalanma və alıcılıq qabiliyyəti kimi göstəricilər üzrə ballar tərtib edilib. Ölkələrin həyat səviyyəsi ölçülərkən əsas meyar Nyu-York götürülüb. Hansı ölkədə həyatın Nyu-Yorkdan bahalı, yaxud ucuz olduğunu balların miqdarı göstərib. Məlum olub ki, yalnız üç ölkə həqiqətən Amerika meqapolisinin göstəricilərinə çatıb: İsveçrə (122,4), Norveç (101,43) və İslandiya (100,48). Yaponiya bu siyahıda dördüncü yerdə olub.

Beləliklə, Norveç 2020-ci ildə dünyada ikinci ən bahalı ölkə hesab edilib.

İri ölkələr arasında Böyük Britaniya 27-ci (67,28), Almaniya 29-cu (65.26), ABŞ 20-ci (71,05), və Kanada 24-cü (67,62) yerləri tutublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.