Maraqlı

Bill Qeytslə xanımından alqışlanacaq addım - 100 milyon ayırdılar

5 Fevral 2020 22:12
0 Şərh     Baxış: 1 817
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Microsoft" şirkətinin rəhbəri, milyarder Bill Qeytslə xanımı Melindanın xeyriyyə fondu yeni növ koronavirusla mübarizə məqsədilə 100 milyon dollar vəsait ayırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə fondun saytında yazılıb. Bildirilir ki, koronavirus əleyhinə vaksinin tapılması, hazırlanması və sınaqdan keçirilməsi işini sürətləndirmək məqsədilə 60 milyon dollar, xəstəliyə yoluxan insanların aşkarlanması, karantinə alınması və müalicəsi üçün 20 milyon dollar ayrılıb. Daha 20 milyon dollar isə Afrika və Cənubi Asiya ölkələrində əhalinin qorunması üçün xəsrcələnəcək.

Vəsait beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) təqdim olunacaq.

Qeyd edək ki, koronavirusa yoluxma halı 26 ölkədə qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.