1896-cı ildə Lumiere qardaşları tərəfindən çəkilən L'Arrivée d'un train en gare de La Ciotat adlı film süni zəkadan istifadə edilərək 4K keyfiyyətində təqdim edilib. Bununla da süni zəkanın kino sektoruna necə təsir edəcəyi də artıq məlumdur.
Milli.Az techland.az-a istinadən bildirir ki, L'Arrivée d'un train en gare de La Ciotat kino tarixinin ən köhnə filmlərindədir. Filmin ilk dəfə pul qarşılığında insanlara göstərilməsi də sinema tarixinin başlanğıcınıs sürətləndirib.
Film əslində indiki filmlər kimi 1-2 saatlıq deyil. Cəmi 50 saniyədir və ağ qara formatındadır. Ancaq bu film həmin dövr üçün çox böyük texnoloji yenilik hesab edilir.
Milli.Az