Süd məhsulları və onların istehlak qaydaları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Süd və süd məhsulları geniş istifadə olunan əvəzsiz qidalardır. Onlar yaxşı stimulyator rolu oynayır və orqanizmə daxil olan başqa qida maddələrinin mənimsənilməsi prosesini sürətləndirir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, südün yüksək bioloji müalicəvi xassəsi onun tərkibindəki qiymətli zülalların, asan həzm olunan yağların və müxtəlif vitaminlərin zənginliyi ilə izah edilir.
Tərkibi C vitamini, dəmir, makro və mikro elementlərlə zəngin olan süd və süd məhsulları orqanizm üçün faydalıdır. Həmin məhsulların tərkibində xüsusilə, uşaqların, hamilə qadınların və yaşlıların sümük sağlamlığı üçün vacib olan kalsium, fosfor və digər minerallar var. Süd məhsullarının tərkibində orqanizmin normal inkişafını təmin edən bütün maddələr optimal nisbətdədir. Orta yaşlı insanlar gündə 200 ml, uşaq və yeniyetmələr, eləcə də hamilə qadınlar 600-800 ml süd istehlak etməlidir.
Çöküntüsüz və seliksiz, dadı təmiz, kənar iysiz, rəngi ağ sarıya çalan məhsul daha təbii və keyfiyyətli sayılır. Pasterizə edilmiş süd xəstəlik yaradan faktorlardan tamamilə, digər kiçik təsiredici faktorlardan və qismən təmizlənmiş qida məhsuludur. Soyuq şəraitdə saxlanıldıqda məhsulun davamlılıq müddəti 5 gündür. Həmin məhsullarda xəstəlik törədən bakteriyaların mövcudluğuna yol verilməməli, konsentrasiyası bircinsli olmalıdır. Pasterizə olunmuş süd soyuducuda yaz-yay aylarında 4-5 dərəcə temperaturda 1 gün, qış aylarında isə 2-3 gün saxlanıla bilər.
Saxlanma müddəti bitəndən sonra südün qida rasionuna daxil edilməsi ciddi təhlükə mənbəyi rolu oynayır. Ona görə də süd alarkən və ondan istifadə zamanı diqqətli olmaq lazımdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
FHN əhaliyə müraciət etdi
-
Avropa Komissiyası "Temu"nu cərimələdi
-
"Yalandan deyir ki, sənin adındır"
-
19 yaşlı gənc suda boğuldu
-
Trampın təsviri olan 250 dollarlıq yeni əskinasın buraxıla bilər - FOTO
-
"Bağda gördüyüm ilanı öpüb tumarladım"
-
Prezident İlham Əliyevin Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - VİDEO
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
-
Alsunun şirkəti bağlandı
-
Cəlilabadda canavar hücumu: 40-a yaxın heyvan tələf oldu
-
Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı
-
Minifutbol millimiz Avropa çempionatına qələbə ilə başladı
-
17 illik evliliyini bitirən aktrisa gənc sevgilisi ilə - FOTOlar
-
Son 6 ilin statistikası: hər 2 nikaha 1 boşanma?
-
Həmin məşhur FOTOnu paylaşdı
-
Süni intellektlə yaradılan videoları belə müəyyən edəcəklər
-
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - VİDEO
-
Bundesliqanın ən bahalı oyunçuları - 150 milyon avro...
-
Peru Konqresi Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə təbrik bəyanatı qəbul edib
-
“Sabah”ın futbolçusu EVLƏNDİ - FOTOlar
-
Ötən il neçə qadın insan alverinin qurbanı olub?
-
Tanınmış vəkil vəfat etdi
-
“Muradı mən yoldan çıxardım”
-
Adi routerlər hərəkətlərinizi izləyə bilər





