Maraqlı

İnsanların 64 faizi robotlara menecerlərdən daha çox inanır

30 Yanvar 2020 21:45
1 Şərh     Baxış: 688
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Araşdırmalara görə işçilər menecerlər əvəzinə robotlara daha çox üstünlük verirlər. Müxtəlif sahələrdə süni intellektdən istifadə edilməsi ilə menecerlər işçilərin etimadını qazanmaq üçün daha çox işləməli ola bilər.

Milli.Az ted.az-a istinadən bildirir ki, Oracle və Future Workplace-in son fəaliyyətindən əldə edilən nəticələr süni intellektin işçilərin iş yeri haqqında düşüncə tərzini dəyişdirdiyini müəyyənləşdirib.

10 fərqli ölkədən 8 mindən çox işçi və menecer arasında aparılan sorğu nəticələrinə görə, işçilərin 64 faizi robotlara menecerlərdən daha çox inanır.

Tədqiqat nəticələrinə görə, Hindistanda çalışanların 89 faizi robotlara daha çox güvənir. Robotlara ən az etibar edən ölkə isə 54 faizlə İngiltərə olub. Bundan əlavə, respondentlərin 82 faizi robotların menecerlərdən daha yaxşı işləyəcəyini söyləyib.

Süni intellekt texnologiyalarının inkişafı ilə gələcəkdə bir çox robot növü həyatımıza girəcək və iş yerlərində istifadə ediləcək. Bəs siz necə bir robotla işləmək istərdinizmi?

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory