Maraqlı

Adi bildirçin "İlin quşu" seçilib

29 Yanvar 2020 04:30
0 Şərh     Baxış: 2 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqallar və ispanlar adi bildirçini 2020-ci ilin quşu seçiblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bildirçin Portuqaliya Quşları Öyrənmə Cəmiyyəti (SPEA) ilə İspaniya Ornitologiya Cəmiyyəti (SEO/BirdLife) tərəfindən təşkil edilmiş səsvermədə seçilib.

SPEA tərəfindən açıqlanmış bəyanatda deyilir ki, bildirçin Portuqaliyada hələ də adi quş hesab edilir. Lakin ölkədə çöllərin təbii müxtəlifliyinin yoxa çıxmasının qarşısının alınması istiqamətində tədbirlər görülməsə, bu quş tezliklə daha adi hesab edilməyəcək.

Portuqaliyanın kənd təsərrüfatı praktikasında dəyişikliklərin baş verməsi, ovçuluq, iqlim dəyişmələri nəticəsində son on ildə ölkədə bildirçinlərin yayılma arealı 30 faiz azalıb. Bu quş tum, dənli bitkilər və xırda onurğasızlarla qidalanır. Kənd təsərrüfatında herbisidlərin və insektisidlərin geniş istifadə olunması da bu quşun populyasiyasına mənfi təsir göstərib.

İberiya bildirçininin populyasiyası Qərbi Avropada ən əhəmiyyətli məsələlərdən biridir.

Son 20 ildə İspaniyada bildirçinlərin sayı 70 faiz azalıb, Portuqaliyada isə bu növün sayı 100 mindən çox deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.