Maraqlı

Geely Aston Martin şirkətinin səhmlərini almaq istəyir

25 Yanvar 2020 23:30
0 Şərh     Baxış: 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Geely holdinqinin rəhbərliyi Britaniyanın lyuks avtomobillər istehsalçısı olan Aston Martin şirkətinin səhmlərini əldə etmək niyyətindədir. Hazırda hər iki şirkətin yüksək vəzifəliləri danışıqlar aparırlar. Eyni zamanda, biznesin əsaslı yoxlanması da həyata keçirilir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, hazırda Aston Martin şirkətinin iri səhmdarları Investindustrial Advisiors Ltd., (38%), küveytli iş adamı və markanın idarə heyətinin üzvü Nəcib Əl-Humaindhi (10,7%) və amerikan Invesco Advisiers Inc., (9,18%) şirkətidir.

Hazırda Aston Martin markasının rəhbərliyi şirkətin inkişafını təmin etmək üçün yeni maliyyələşmə mənbələrini arayırlar. Eyni zamanda, potensial sərmayədarlarla danışıqlar da davam etdirilir. Reuters agentlinin bildirdiyinə görə, səhm paketinin satışının markaya bazardakı vəziyyətini düzəltməyə imkan verəcəkdir. Geely üçün britaniya markasının səhmlərini əldə etmək çox sərfəlidir - holdinq lyuks markanın texnologiyalarından Lotus avtomobilləri üçün istifadə edə bilər. Xatırladaq ki, Geely Auto, Volvo Cars, Lotus, Lynk&Co və Proton markaları Geely holdinqinə ı məxsusdur.

Aston Martin markasının səhmdarı olmağı təkcə Geely konserni arzulamır. Kanadalı iş adamı və F1 komandasının sahibi olan Lourens Strolun başçılıq etdiyi konsorsium da britaniya markasının səhmlərinə iddialıdırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.