Maraqlı

Kimsəsiz adada yerləşən otel üçün İŞÇİ AXTARILIR

17 Yanvar 2020 07:07
0 Şərh     Baxış: 1 825
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrlandiyanın kimsəsiz adalarından birində istifadəyə verilən otel üçün vakansiya elan edilib. Oteldə işləmək üçün yüzlərlə insan qeydiyyatdan keçib.

Milli.Az xəbər verir ki, İrlandiyada elektrik və internet olmayan adada yeni otel istifadəyə verilib. Balaca otel sadəcə 21 nəfər üçün nəzərdə tutulub. Otelin sahibi Gret Blasket oteldə işləmək istəyənlər üçün ''Twitter'' hesabında 2 nəfərlik vakansiya elan edib. 

Oteldə işləmək üçün müxtəlif ölkələrdən yüzlərlə insan qeydiyyatdan keçib. Cütlüyün və ya iki dostun işə götürülməsinin daha səmərəli olacağını deyən otel sahibi maaş haqqında məlumat verməyib. Lakin o, oteldə işləmək istəyənlərə ocaq, şam, soba və yabanı həyat vəd edib. 

Adada elektrik enerjisi olmadığı üçün isti su odun sobasında qızdırılır. Balaca külək enerjisi aparatı ilə əldə olunan elektrik enerjisi ilə sadəcə 1 telefonun enerji yığması mümkündür.

Qeyd edək ki, indiki zamandan fərqli olaraq yaxın keçmişdə adanın xeyli sakini olub. Son sakin adanı 1953-cü ildə tərk edib. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.